İsrailin paytaxtı Təl-Əviv şəhərində keçiriləcək “Avroviziya-2019” narıncı xalça mərasimi ilə özünün rəsmi olaraq açılışını edib. Avroviziya ulduzları Tel-Əvivin Habima Meydanında narıncı xalça üzərinə çıxıblar. Akkreditə olunmuş media nümayəndələri və fanatların qatıldığı mərasimdə 41 müsabiqə ölkəsi və beynəlxalq nümayəndə heyətinin üzvləri göz qamaşdıran geyimləri ilə narıncı xalça üzərindən keçərək mətbuat nüayəndələrinin suallarını cavablandırıblar. 500-dən çox yarışma fanatının qatıldığı nüfuzlu mərasimin giriş hissəsində İsrail höküməti tərəfindən hava limanlarında olduğu kimi ciddi təhlükəsizlik sistemi quraşdırılıb. Qeyd edək ki, ölkə təmsilçimiz Çingiz Mustafayev narıncı xalça üzərinə 37-ci olaraq çıxıb. İştirakçıların sıralaması isə aşağıdakı kimidir: 1. Kipr2. Monteneqro3. Finlandiya4. Polşa5. Sloveniya6. Çexiya Respublikası7. Macarıstan8. Belarus9. Serbiya10. Belçika11. Gürcüstan12. Avstraliya13. İslandiya14. Estoniya 15. Portuqaliya16. Yunanıstan17. San Marino18. Fransa19. İspaniya20. Ermənistan21. İrlandiya22. Moldova23. İsveçrə24. Latviya25. Rumıniya26. Danimarka27. İsveç28. Avstriya 29. Xorvatiya30. Malta31. Litva32. Rusiya33. Albaniya34. Norveç35. Hollandiya36. Şimali Makedoniya37. Azərbaycan38. İtaliya39. Birləşmiş Krallıq40. Almaniya41. İsrail42. Beynəlxalq nümayəndə
“Avroviziya-2019”-un narıncı xalça mərasimi keçirildi - VİDEO
Посмотреть эту публикацию в InstagramMövzuya aid xəbərlər
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər