Bukmeykerlərin Avropanın nüfuzlu musiqi müsabiqəsi “Avroviziya 2019”la bağlı yeni proqnozları açıqlanıb.
Oxu.Az xəbər verir ki, bukmeykerlərin proqnozuna görə, mayın 16-da çıxış edəcək Azərbaycan təmsilçisi Çingiz Mustafayev finala keçəcək.
O, əsas şouda iştirak edəcək 10 ölkə arasında beşincidir. Siyahıda ön sıralarda isə Niderland, Rusiya, İsveç və İsveçrə qərarlaşıb. Ermənistan da finala keçəcək ölkələr arasında yeddinci sıradadır.
Bukmeykerlərin final proqnozlarına görə, Mustafayev qısa müddət ərzində üç pillə irəliləyərək 13-cü sırada qərarlaşıb. Ermənistan isə dörd pillə geriləyərək 17-ci sıraya düşüb. Srbukun bu qədər geriləməsinə səbəb kimi onun İspaniyada keçirilən gecədə müsabiqə mahnısını çox zəif ifa etməsi göstərilib.
Qeyd edək ki, İsailin paytaxtı Təl-Əviv şəhərində baş tutacaq yarışmanın birinci yarımfinalı mayın 14-ü, ikincisi 16-sı, finalı isə 18-nə təsadüf edir.
Gələn ayın 4-dən etibarən müsabiqə iştirakçılarının Təl-Əviv Sərgi Mərkəzində məşqlərinə start veriləcək. Azərbaycan təmsilçisi Çingiz Mustafayev də məşq üçün Tel-Əvivə yollanacaq . Həmyerlimiz ikinci yarımfinalda “Truth” (Həqiqət) mahnısı ilə çıxış edəcək.
Bukmeykerlərin Avropanın nüfuzlu musiqi müsabiqəsi “Avroviziya 2019”la bağlı yeni proqnozları açıqlanıb.Oxu.Az xəbər verir ki, bukmeykerlərin proqnozuna görə, m...
Rəşad Əliyev
Rəylər