Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Çingiz Mustafayev “Avroviziya-2019”da ilk məşqini etdi - FOTO
Azərbaycanı “Avroviziya-2019”beynəlxalq mahnı yarışmasında təmsil edən Çingiz Mustafayev ilk məşqi üçün Təl-Əviv Expo Mərkəzinin səhnəsinə çıxıb.
Oxu.Az xəbər verir ki, Çingiz “Truth” (Həqiqət) mahnısını canlı ifa edərək səhnədə maraqlı şou sərgiləyib. Onun səhnəsində üçbucaq formalı, kənarlarında işıqlar olan dekorasiya quraşdırılıb, arxa fonda mavi dalğalı effektlərlə, qadın silueti nəzərə çarpıb.
Həmçinin səhnədə iki ədəd robotdan istifadə olunub. Həmin robotlar qollarındakı lazerlərlə Çingizin üzərinə ürək şəklini həkk etdiriblər.
Bununla yanaşı Mustafayevi 5 peşəkar bek-vokalçı müşayiət edib.
Müğənninin sərgilədiyi gözoxşayan performans hər kəsin diqqətini çəkib. Press otağında Çingizi alqışlara qərq ediblər.
Mustafayevin məşqi bukmeyker proqnozlarına bilavasitə təsir edib. Nəticə etibarı ilə 13-cü sırada qərarlaşan Azərbaycan sürətlə 5-ci pilləyə irəliləyib.
Qeyd edək ki, Çingiz yarışmaya üç ay ciddi hazırlaşdığını və mahnının sonunda muğam oxuyacağını bildirib. Mayın 14-də start götürəcək beynəlxalq mahnı yarışmasında Azərbaycan təmsilçisi ikinci yarımfinalda, yəni mayın 16-da, 18-ci nömrə altında çıxış edəcək. “Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream”dir (“Arzulamağa cürət et”).
Rəşad Əliyev
"Azərbaycan" teqi üzrə xəbərlər
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"
Rəylər