Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcək Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətov İsveçə yola düşüblər.
Oxu.Az xəbər verir ki, təmsilçilərimiz hava limanında Azərbaycan bayrağı ilə çəkilmiş fotolarını sosial şəbəkədə nümayiş etdiriblər.
Xatırladaq ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda planlaşdırılıb. Təmsilçilərimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcəklər.
Ən çox oxunanlar
Rəylər