Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Avroviziya”dakı təmsilçilərimiz favoritlərini açıqladılar - VİDEO
TuralTuranX dueti altında çıxış edən Azərbaycan təmsilçiləri, əkiz qardaşlar Turan və Tural Bağmanovlar bu yaxınlarda “Avroviziya 2023” mahnı müsabiqəsinin ilk məşqlərini keçiriblər.
Mayın 9-da beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək. Turan və Tural Bağmanovlar birinci yarımfinalın ikinci hissəsində 12 nömrəsi altında “Tell me more” mahnısı ilə çıxış edəcəklər.

Media.Az Azərbaycan təmsilçilərinin yarışdan gözləntiləri, eləcə də digər ölkələrin təmsilçiləri arasında favoritləri barədə onlarla söhbətləşib.
“Səhnə çox ümidvericidir və biz orada özümüzü əla hiss edirik. Məşqlərdə zalın necə insanlarla dolacağını təsəvvür edirik, bu fikir bizi qorxutmur, əksinə ruhlandırır və enerji verir. Bundan əlavə, səhnə geyimlərimizi də çox bəyənirik, ümid edirik ki, hər bir detalı ilə çatdırmağa çalışdığımız 60-cı illərin və müasir üslubların vəhdəti tamaşaçıların da marağına səbəb olacaq”, - deyə Turan və Tural Bağmanovlar fikirlərini bölüşüblər.
Onlar öz favoritlərindən danışarkən Malta, Sloveniya, Finlandiya və İrlandiya təmsilçilərini qeyd ediblər:
“Bu il onlar hərarətli mahnıları ilə əla əhvali-ruhiyyə bəxş edirlər”.
Xatırladaq ki, “Avroviziya” mahnı müsabiqəsi bu il mayın 9-dan 13-dək Liverpulda keçiriləcək.
"Finlandiya" teqi üzrə xəbərlər
- Finlandiya prezidenti Tramp və Zelenskiyə danışıqlardan əvvəl saunaya getməyi tövsiyə etdi
- ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaz regionuna səfər etməyi planlaşdırır
- Finlandiya XİN: "ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq"
- Baltik dənizində növbəti sualtı kabel zədələnib
- Finlandiya parlamentində narkotik izləri tapıldı