Dinləyicilərini hədiyyələr və yeni layihələrlə sevindirən 107.7 “AvtoFM” radiosu daha bir yeni layihəyə start verib.
Oxu.Az xəbər verir ki, məşhur aparıcı Günel Hümbətova həftə içi beş gün efirə gedən səhər şousu “Şirin Çay” ilə yanaşı daha bir verilişə aparıcılıq edəcək.
Belə ki, hər həftənin şənbə günü 107.7 FM-in efirində saat 16:00-dan 18:00-dək “AvtoFM” dinləyiciləri dj Günelin (Günel Hümbətova) təqdimatında “AvtoLady” verilişini dinləyəcəklər.
Yalnız xanım sürücülərə həsr edilən verilişdə, zərif cinsin sükan arxasında əyləşən nümayəndələri qoyulan mövzu ilə bağlı öz fikirlərini sms və ya zəng vasitəsi ilə bildirmək imkanı qazanacaqlar.
https://soundcloud.com/avtofm/autolady-jingle
Aytən Sadıqzadə
www.oxu.az