Azərbaycanda “Region TV” telekanalının ümumrespublika yayımına sabahdan start veriləcək.
Oxu.Az SalamNews-a istinadla xəbər verir ki, Heydər Əliyevin doğum gününə təsadüf edən ölkənin ilk teleşəbəkəsinin açılışı Bakı vaxtı ilə saat 07:00-da baş tutacaq. Hazırda “Region TV”ni açıq rəqəmsal yayımda Bakı və Abşeron yarımadasında izləmək mümkündür. Eyni zamanda ölkənin kabel operatorlarında telekanalın yayımı həyata keçirilir.
Telekanal həmçinin “Azersat –1” milli peyki vasitəsi ilə yayımını həyata keçirir. Bölgələrdə isə yayım analoq rejimində davam edir. Yaxın 2 ayda “Region TV” teleşəbəkəsinə daxil olan bütün regional telekanalların yayımı rəqəmsal formata keçəcək.