Xəbər verdiyimiz kimi ötən gecə “Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. Maraqla gözlənilən çıxışlardan biri də finala keçmə şansı qazanan Avstriyanın transseksual iştirakçısı Conchita Wurst-un çıxışı olub.
Oxu.Az xəbər verir ki, əməkdar artist Aybəniz Haşımova ifaçı ilə bağlı fikirlərini Facebook sosial şəbəkəsində bölüşüb:
“Avstriya təmsilçisinin çıxışından sonra başa düşdüm ki, dünyanın sonu yaxınlaşıb. Quranda və Bibliyada da yazılıb ki, cinsiyyət yerləri dəyişərsə, dünyanın sonu olacaq. Dağılsın, belə dünya! Bu nə biabırçılıqdır, hara gedirik biz insanlar, bu dəhşətlə? Çənəsində saqqal, gözlərində sürmə, qoyma kirpik, əynində qadın libası, qulaqlarında isə sırğa. Kaş Azərbaycan bu il o şərəfsizlə bir səhnədə iştirak etməyəydi. Həyatımda belə rüsvayçılıq görməmişdim. Anlaya bilmədim ki, bu kişidir, yoxsa qadın. İyrəndim vallah, çox iyrəndim”.
Qeyd edək ki, “Eurovision 2014”-ün finalı mayın 10-da keçiriləcək. Müsabiqədə Azərbaycanı Dilarə Kazımova “Start a fire” mahnısı ilə təmsil edəcək.
Aytən Sadıqzadə
www.oxu.az