ATV telekanalının “Şarm” verilişinin aparıcısı Aydan Axundova “Möhtəşəm maşın” şounu tərk etdi.
Oxu.Az xəbər verir ki, səhhəti pisləşən Aydan maşından əlini çəkərək mübarizəni dayandırıb.
Hazırda avtomobil uğrunda iki iştirakçı – dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu yarışır.
Eyni zamanda dünən şouda müğənni Xumar Qədimova, Rəqsanə, Namiq Qaraçuxurlu, Nura Suri və repçi Cin sevilən mahnılarını ifa ediblər.
Dekabrın 31-də isə şounun final buraxılışı baş tutacaq.
Aytən Sadıqzadə
www.oxu.az