Məşhur aktrisa Aydan Şener öz izi ilə gedən 26 yaşlı qızı Ecem Akbin haqqında açıqlama verib.
Oxu.Az xəbər verir ki, Şener bu barədə qonaq olduğu “Söyləməsəm olmaz” proqramında danışıb.
"Əvvəllər ən uzun serial 16 bölüm davam edirdi. Aldığımız pullar da indiki pullar qədər yüksək deyildi”,- deyə aktrisa bildirib.
“Medcezir” serialında rol alan qızı Ecem Akbin haqqında da maraqlı etiraflar edən Aydan Şener, qızının aktrisa olmasına əvvəl qarşı çıxdığını söyləyib. Daha sözlərini belə davam etdirib:
"Qızımın aktirsa olmasına əvvəllər qarşı çıxmışdım. Sonra o, “Mən aktirsa olmaq istəyirəm” dedi və məni razı salmağı bacardı. Qızımın əzilməsini istəmədim. Rahatlıqla gəncliyini yaşasın istədim. Böyüyənə qədər da mətbuatın içində olmadı. Bu mənim seçimim idi, amma Ecem öz istəyiylə də uzaq qaldı".
Aytən Sadıqzadə
www.oxu.az