Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Aygün Bəylərin həyat yoldaşı haralardadır? - VİDEO
Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfat etməsi Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Şübhəsiz ki, o, əvəzolunmaz səsi, təkrarsız ifası, zəngulələri, eləcə də geyim tərzi ilə yaddaşlarda qalacaq.
48 yaşında dünyasını dəyişən sənətkarın özündən sonraya ifaları ilə yanaşı, 14 yaşlı bir qız övladı da qalıb.
Yəqin ki, Aygün Hümmətovanın qızı Cananın atasının kim olması ictimaiyyət üçün də maraqlıdır.
Modern.az saytı sənətkarın keçmiş həyat yoldaşı ilə bağlı kiçik bir araşdırma aparıb.
Aygün Hümmətova təxminən 15 il öncə Almaniyada yaşayan Rəsul Vilayət adlı bir soydaşımızla nikahda olub. 2009-cu ildə onların Canan adlı qızı doğulub.
Əslən Azərbaycandan olan Rəsul Vilayət də musiqiçi idi, o həm gitara və skripkada çalır, həm də mahnılar ifa edirdi. Aygün Hümmətovanın Rəsul Vilayətlə duet ifaları da olmuşdu.
Rəsulla Aygün uşaqlıq dostu olublar. Onların ilk tanışlıqları Azərbaycan Dövlət Uşaq Filarmoniyasından başlayıb. Hər ikisi 1988-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunmuşdu. Filarmoniyaya qəbul olunanda onların 13-14 yaşları vardı.
Ötən əsrin 90-cı illərinin sonlarında Rəsul Vilayət Azərbaycanı tərk edərək Almaniyaya köçsə də, onun Aygünlə dostluğu davam etmiş və əlaqələri kəsilməmişdi.
Bu əlaqələr sonralar onların münasibətlərinə də təsir etmiş və cütlük birgə yaşamağa qərar vermişdi.
2010-cu ildə Aygün Hümmətova Rəsul Vilayətlə birgə ifalarını duet şəklində lentə yazdırmışdı. Həmin mahnılar o zamanlar radio kanallarında tez-tez səsləndirilirdi.
Təəssüf ki, onların evliliyi uzun sürməmiş və ayrılmışdılar.
Aygün Hümmətovanın Rəsul Vilayətlə ayrılma səbəblərini yəqin ki, onların özlərindən başqa heç kəs dəqiq bilmirdi.
Bəzi məlumatlara görə, 2009-cu ildə doğulan Cananın adını da atası qoyub.
Qeyd edək ki, vaxtilə mətbuatda yer alan materiallarda qızı doğulduqdan sonra onun atasının Azərbaycana gəlmədiyi, qızının üzünü görmədiyi barədə məlumatlar yer almışdı. Qızı doğulduğu il müğənni həyat yoldaşı ilə görüşə bilməyib. Görüşə bilməməyinin səbəbi isə ölkə xaricində olan Rəsul Vilayətin Azərbaycana gəlməsində yaranan problemlər olub. Həyat yoldaşı sənədlərində problemlər yarandığı üçün Azərbaycana gələ bilməyib.
Rəsul Vilayətin hazırda Almaniyanın Berlin şəhərində yaşadığı bildirilir.
Xatırladaq ki, Aygün Hümmətova sənət aləmində ona böyük dəstək göstərmiş müəllimi Bəylər Quliyevin adını özünə səhnə təxəllüsü götürərək Aygün Bəylər kimi çıxış edirdi. Sənətçinin müəllimi Bəylər Quliyev illər öncə naməlum səbəbdən intihar edərək həyatına son qoymuşdu.
Aygün Bəylər bir neçə il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmış və oradakı klinikalardan birinə yerləşdirilmişdi.
6 yanvar 2024-cü il tarixində Ankarada vəfat edən müğənninin nəşi Bakıya gətirilib. O, bu gün Suraxanı qəbiristanlığında anasının məzarı yanında torpağa tapşırılıb.
View this post on Instagram
"Almaniya" teqi üzrə xəbərlər
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər