Xalq artisti Aygün Kazımova işləri ilə bağlı yollandığı İstanbul səfərindən Bakıya dönər-dönməz “Atv maqazin” verilişinə özəl açıqlama verib.
Oxu.Az Gecce.az-a istinadən xəbər verir ki, hər zaman ilklərə imza atmağı sevən cazibədar müğənni, bu dəfə də hər kəsi təəccübləndirəcək açıqlaması ilə diqqət çəkib:
“Mən səs tellərimi sığortalatdım. Bədənimdə səs tellərimi ən dəyərli hissə hesab edirəm. O, çox qiymətlidir. Gələn dəfə sizlərə səs tellərimin şəklini göstərəcəm. Görün necə səs tellərim var, qüsursuz və tərtəmiz”.