Xalq artisti Aygün Kazımovanın avqustun 22-də Nabranda keçirilməsi planlaşdırılan konserti təxirə salınıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə konsertin təşkilatçısı prodüser Tarix Əliyev İnstagram səhifəsində yazıb. Onun sözlərinə görə, şəhidlərin qırxı çıxmayanadək heç bir konsert proqramı təşkil etməyəcək:
“Aygün Kazımovanın Nabranda, 22 avqust tarixində təyin etdiyi konserti təxirə salıram. Son günlər Azərbaycanın mərd, igid oğullarının şəhid olması tək öz ailələri üçün deyil, bu torpaqda gəzən hər bir vətəndaşın uğrunda olub. Mən bəziləri kimi pula görə insanların gözündən düşə bilmərəm. Çünki bizi bu səviyyəyə qaldıran xalqdır. Yaxınımız öləndə hansı qohum-əqraba toya gedir?! Heç kim! Ona görə də bəzi şeyləri istisna etməklə (işimlə əlaqədar) şəhidlərimizin qırxı çıxmayana qədər heç bir təşkilatçılıq işi etməyəcəyəm”.
