Moskvanın Troiski məhkəməsi “Kamaz” yük maşınının sürücüsü Qraçya Artunyanı 6 il 9 ay müddətinə azadlıqdan məhrum edib, o, 18 nəfərin həlak olduğu yol nəqliyyat hadisəsində günahkar bilinib, bunu Oxu.Az RİA Novosti-yə istinadən bildirir.
Çınqıl ilə yüklənmiş yük maşını 2013-cü ilin iyul ayının 13-də Podolskdan Kurilovaya gedən, 64 sərnişinin olduğu avtobus ilə toqquşub. Qəza nəticəsində 18 nəfər həlak olub, 40-dan çox adam xəsarət alıb.
İstintaqın gedişatında məlum olub ki, yük maşını tələb olunan vəziyyətdə olmayıb və əyləc sıradan çıxmış olub. İstintaq hesab edir ki, Artunyan bunu bilməli idi.
Yük maşının sürücüsünü yeddi il həbs cəzası gözləyirdi – Rusiyada iki qurbanın olduğu, sürücünün sərxoş olmadığı halda bu yol üçün maksimal cəza müddətidir.
Podolsk ətrafında baş verən YNH qurbanlarının sayına görə Rusiyanın müasir tarixində ən çox insanın həlak olduğu qəzadır.