Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə münasibətindən danışıb.
Oxu.Az xəbər verir ki, Aygün Kazımova Namiq Qaraçuxurlu ilə yenidən duet oxuyacağını deyib:
“Biz Namiqlə küsülü olanda da salamlaşırdıq. Küsülü olan vaxt Moskvada Namiqlə toy mərasimlərinə də gedirdik. Bizi birlikdə dəvət edirlər. Nədənsə vətənimizdə buz əriməmişdi. Bu birdən-birə baş verdi və tədbirlərə birlikdə dəvət aldıq. Ondan sonra Namiq ilə daha tez-tez çıxışlar etdik. Namiq yeni mahnımız üzərində çalışır. Məsuliyyət Namiqin üzərindədir. Çalış, Namiq...”
Nəzrin Vahid
Rəylər