Xalq artisti Aygün Kazımovanın İnstagram-da növbəti hədəfi Nadir Qafarzadə olub.
Gün.Az xəbər verir ki, N.Qafarzadənin son günlər xalq artistləri arasında gedən davaya bildirdiyi münasibət (“xalq artistinin əxlaqı yerində deyilsə, sənəti başına dəysin”) A.Kazımovanı əsəbləşdirib.
O, İnstagram hesabında N.Qafarzadənin dediklərini cavabsız qoymayıb:
“Nadir Qafarzadə, əxlaq mövzusunda məncə danışmasanız yaxşıdır. Afrikada Azərbaycan tamaşaçısını əlinlə göstərib, dilinlə söyüş söyməyini deyəsən yaddan çıxarmısan. Problem deyil, yaddaşını təzələyərəm. O hərəkətinin üstündə döyülməyini unutdunmu?”