İyulun 7-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, sabah şimal, şimal-şərq küləyi əsəcək.
Sabah Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin Böyük Qafqazın bəzi ərazilərində gecə və axşam saatlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimal olunur. Mülayim-qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.