Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova müğənnini Natavan Həbibinin şikayəti əsasında polis şöbəsinə çağırılaraq izahatı alınıb.
Oxu.Az-ın məlumatına görə, A.Kazımova avtomobildə gedərkən çəkdirdiyi videonu İnstaqram səhifəsində paylaşaraq “Canlarım, yolumuz Nabranadır. Qalan söhbətlər isə mənə “vız” gəlir”,- deyə münasibət bildirib.
Qeyd edək ki, Natavan Həbibi A.Kazımova, Tolik və Zoriki ona “erməni” dediklərinə görə, şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza xələl gətirilməsi maddəsi ilə məhkəməyə verib.
Aytən Sadıqzadə
www.oxu.az