Tanınmış müğənni Nadir Qafarzadə ATV telekanalının "Piknik" verilişinin çəkilişləri zamanı az qala hovuzda boğulacaqdı.
Oxu.Az Milli.Az-a istinadla xəbər verir ki, bu barədə verilişin rejissoru Aynur Səmədqızı özünün Facebook səhifəsində yazıb.
"Az qala Nadir Qafarzadə boğulacaqdı. Çox çətin anlar yaşadıq. Allaha şükür ki, hər şey yaxşı qurtardı", - o qeyd edib.
Müğənni həmin hadisənin televiziyada yayımlanmasına da icazə verib.
