Müğənni İlqarə Kazımova bu gün media nümayəndələrini başına toplayaraq təqdimat mərasimi edib.
Oxu.Az xəbər verir ki, ifaçının anası, xalq artisti Aygün Kazımova həmin tədbirdə iştirak etməyib.
İlqarə xanım anasını da bugünkü təqdimatda görmək istədiyini, lakin onun işlərinin çoxluğundan mərasimə qatıla bilmədiyini söyləyib.
Qeyd edək ki, İ.Kazımovanın sözügedən “Yenə-yenə” adlı klipinin rejissoru Anar Hüseynov, prodüseri isə xalq artisti Aygün Kazımovadır.
Aytən Sadıqzadə
www.oxu.az