Xalq artisti, pop diva Aygün Kazımova pərəstişkarlarına sürpriz hazırlayır.
Oxu.Az xəbər verir ki, ölkənin əsas ulduzu martın 1-də paytaxtın dəbdəbəli məkanlarının birində konsert proqramı ilə çıxış edəcək.
Kazımova musiqili gecədə repertuarında olan ən sevilən hit mahnılarını səsləndirəcək.
O, artıq məşqlərə başlayıb.
Rəşad Əliyev