Xalq artisti Aygün Kazımovanın gənc oğlanla fotosu yayılıb.
Oxu.Az xəbər verir ki, həmin görüntülər gənc ifaçı Borisin “Aromatik” mahnısına çəkilən klipdə yer alıb. Ekran işində xalq artisti ilə yanaşı əməkdar artist Abbas Bağırov, müğənnilər Günay İbrahimli, Emil Bədəlov, Rəhim Rəhimli, Aşıq Əli, aparıcılar Afaq Gəncəli, Nərgiz Məmmədova, “Bozbash Pictures”in aktyorları və digər tanınmış simalar da çəkiliblər.
Qeyd edək ki, mahnının sözləri Azər Şirinə, musiqi və aranjimanı Tərlan Məmmədhüseynova aiddir.
Aytən Sadıqzadə
www.oxu.az