Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova “Onlar” verilişinə şəxsi həyatı barəsində danışıb.
“İyirmi dörd yaşım tamam olur. Doğum günümü əvvəl anamla, sonra dostlarımla qeyd etdik. Şəxsi həyatımda heç kim yoxdur, heç kimi sevmirəm, heç kimdən xoşum gəlmir. O insanla hələ qarşılaşmamışam. Əgər şəxsi həyatımı düşünsəm, sənətim kənarda qalacaq”.
Qeyd edək ki, ötən həftə İlqarə 24 yaşını qeyd edib.