Xəbər verdiyimiz kimi oktyabrın 31-i Rusiyanın xalq artisti Andrey Makareviç ilk dəfə olaraq Bakıda konsert proqramı ilə çıxış etməli idi.
Oxu.Az xəbər verir ki, həmin konsert təxirə salınıb. Bu haqda A.Makareviç Facebook səhifəsində məlumat verib.
Bildirilir ki, biletləri alan şəxslər onları kassalara qaytararaq pullarını geri ala bilərlər.
Xatırladırıq ki, əvvəlcə Heydər Əliyev Sarayında keçiriləcək konsertin yeri “Jumeirah Bilgah Beach Hotel”ə, daha sonra “Kempinski Hotel Badamdar”a dəyişdirilmişdi.
Aytən Sadıqzadə
www.oxu.az