Suriya-Türkiyə sərhəddində yerləşən, strateji vacib Ayn-əl-Ərəb şəhərinə (kürd dilində - Kobani) bütün dünyanın diqqəti yönəlib, Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
Yezidi-kürdlər yaraqlıların hücumlarını dəf edərək şəhəri müdafiə edirlər. Sonuncu hücum zamanı onlar müdafiələrini hava qüvvələrinin dəstəyi nəticəsində qoruya biliblər: Amerika aviasiyası hücum edən islamçılara zərbələr endirirdi.
Sərhəddin Türkiyə tərəfində cəmlənmiş suriyalı qaçqınlar və kürd könüllüləri Ankaradan onlara Kobaniyə keçərək yaraqlılara qarşı mübarizə aparmağa icazə verməyi xahiş edirlər.