Xalq artisti Aygün Kazımovanın Türkiyədə ilk albomu işıq üzü görüb.
Oxu.Az “DMC Doğan Music Company”nin Facebook səhifəsinə istinadla xəbər verir ki, “Coffee from Colombia” adlanan albomu DMC musiqi şirkəti hazırlayıb.
Alboma Kazımovanın dünya şöhrətli reper Snoop Dogg-la ifa etdiyi adıçəkilən bəstənin 12 versiyası daxildir.
Aytən Sadıqzadə
www.oxu.az