Modelyer Şəlalə Maqsudova xalq artisti Aygün Kazımova ilə bağlı ittiham irəli sürüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, modelyer Kazımovanın onu təhdid etdiyini söyləyib: “Aygün Kazımovanın qızı İlqarəyə tikdiyim paltarı 9 ay əvvəl öz səhifəmdə paylaşmışam. Mənə dedilər ki, Aygün xanım sənin hazırladığın geyimdə fotosessiya edib və fotonun altına başqa dizaynerin (Red: Rüfət İsmayıl) adını qeyd edib. Aygün xanım mənə ultimatum göndərib ki, bu geyimin şəklini öz “Instagram” səhifəmdən silim.
Niyə öz əllərimlə tikdiyim paltarı hesabımdan silim? Mənim hazırladığım geyim niyə başqasının adına çıxsın ki? Haqqıma girənlərə haqqımı halal etmirəm, ayıb olsun”.
E.Ə.
www.oxu.az