Bir neçə müddətdir küsülü olan Xalq artisti Aygün Kazımova və Əməkdar artist Tünzalə Ağayeva Elnur Hüseynovun tədbirdə yenidən üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, tədbirdən öncə foyedə qarşılaşan sənətçilər bir-birini görməzdən gəliblər.
Tədbir zamanı çıxış edən sənətçilər eyni sırada əyləşsələr də, nə Aygün Tünzalənin, nə də Tünzalə onun üzünə baxıb.
Aralarında soyuq küləklər əsən ifaçılar bunu ətrafında olanlara sezdirməməyə çalışıb.
Qeyd edək ki, hər iki sənətçi bundan öncə dəfələrlə bir araya gəlsə də, bir-birini danışdırmayıb.
Bu məqamda bildirək ki, onlar arasında soyuqluq “106.3 FM”in doğum günündə bir-birinə salam verməyəndən sonra başlayıb.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər