Xəbər verdiyimiz kimi, dünən Xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibi dicey Kazım Sübhanın ad günündə bir araya gəliblər.
Oxu.Az-ın məlumatına görə, onların barışıb-barışmaması haqda suallar dolaşırdı.
Xalq artisti Faiq Ağayev bu şübhələrə son qoyub. Müğənni paylaşım edərək Aygünlə Natavanı barışdırdığını bildirib:
“Çox məmnun və sevincəyəm! Xeyli müddət küsülü olan iki əziz insanımı dünən barışdırdım. Allah bu sevincimi uzunömürlü etsin”.
Pərviz Hüseyn
www.oxu.az