Aysel Teymurzadə və Murad Adıgözəlzadə cütlüyü xərçəng xəstəliyindən əziyyət çəkən və hazırda Almaniyada müalicə olunan teleaparıcı Hacı Nuran Hüseynovu ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, aparıcı bu haqda sosial şəbəkədə məlumat verib. O, qeyd edib ki, tanınmış cütlük ona bu ilin oktyabr ayında baş çəkib. Aparıcı eyni zamanda bu gün doğum günü olan M.Adıgözəlzadəni səmimi qəlbdən təbrik edib və ona xoş sözlərini ünvanlayıb.

Aytən Sadıqzadə