Hazırda Almaniyada xərçəng xəstəliyindən müalicə alan teleaparıcı Hacı Nuranı dostu ziyarət edib.
Oxu.Az xəbər verir ki, bu haqda məlumatı aparıcı Facebook sosial şəbəkəsində verib:
“Mənə həmişə elə gəlir ki, ən isti varlıq Günəşdir. Amma hərdən elə dostlarımın səmimiyyətini görürəm ki, günəşin istisi onun yanında zəif görünür. Bir fərq də var: həqiqi dost istisindən yanmaq olmur.
Xəstə olduğum birinci gündən mənə və neçə-neçə ağır xəstələrin əməliyyatlarına və müalicələrinə maddi-mənəvi kömək olan, Bakıdan bir neçə dəfə Almaniyaya mənim ziyarətimə gələn uşaqlıq dostum Hacı Nazim Fərzəliyev oldu.
Dəyərli dotum-qardaşım təşəkkür etməyə söz tapmıram. Çox sağ ol ki, varsan, Allah səni hər zaman qorusun. Gəlişin ilə məni yenə çox sevindirdin. Allah da səni sevindirsin”.

Aytən Sadıqzadə
www.oxu.az