Aparıcı Aytən Səfərova ANS telekanalından çıxması və ATV-yə keçməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, o, Facebook hesabında bunları yazıb:
“Əziz dostlar, mənim ANS-dən çıxmağımla bağlı xəbər yayılıb. Mən ANS-dən çıxmamışam, hazırda bülletendəyəm. Bir müddət sonra isə məzuniyyətə çıxmağa hazırlaşıram. Haqqımda başqa telekanala keçməyimlə bağlı xəbər yayan saytları isə qınamıram. Çünki mənim ANS-də efirdə görünməməyim müəyyən informasiyaların yayılmasına səbəb olub. Bu müddət ərzində mənə sosial şəbəkədə, saytlarda, telefonla dəstək verən hər kəsə təşəkkür bildirirəm”.
Aytən Sadıqzadə
www.oxu.az