ANS-in tanınmış siması, aparıcı Aytən Səfərova bir neçə müddətdir ki, efirdə görünmür.
Oxu.Az xəbər verir ki, Aytən Səfərovanın aparıcısı olduğu “Salam, Azərbaycan!” verilişi həmişə olduğu kimi həftə içi hər gün eyni vaxtda yayımlansa da, verilişi Samir Cabbarov aparır.
Bir çox internet portallarında və Səfərovanı sevənlər arasında isə onun işdən çıxarılması barədə xəbərlər yayılıb.
Məsələyə aydınlıq gətirmək üçün Oxu.Az-ın əməkdaşı ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədovla əlaqə saxlayıb.
O, deyib:
“Aytən Səfərova ANS-də işləyir və bundan sonra da işləyəcək. Yazılanlar və yayılan xəbərlər şayiədir. Özünü pis hiss etdiyinə görə hələlik efirə çıxmır”.
Aytən Sadıqzadə
www.oxu.az