Bakının Nəsimi rayonunda maraqlı hadisə baş verib.
Oxu.Az xəbər verir ki, Azadlıq küçəsi ilə hərəkət edən sürücünün avtomobildə olan videoqeydiyyatçısı vasitəsi ilə itlərin insanlar üçün nəzərdə tutulan piyada keçidindən istifadə etdiyi lentə alınıb.
Piyada keçidindən istifadə edən itlər, hərəkət edən avtomobilin dayandığına əmin olduqdan sonra keçidi keçiblər.
Qeyd edək ki, bir müddət öncə də Bakının mərkəzində pişiyin insanlar üçün nəzərdə tutulan piyada keçidindən keçdiyi lentə alınmışdı. Pişik piyada keçidindən istifadə etdiyi zaman, həmin ərazidə olan insanlardan biri avtomobillər üçün nəzərdə tutulan yolun düz ortasından keçib.
Elvin Əhmədov
www.oxu.az