İyulun 7-dən etibarən ANS-in aparıcısı Aytən Səfərova “Salam, Azərbaycan” verilişini aparmayacaq.
Oxu.Az xəbər verir ki, aparıcı özü bu barədə “Facebook” səhifəsində yazıb:
“Son 8 ay ərzində var gücümlə çalışdım ki, ölü bir verilişi dirildib baxımlı edim. Mövsümün sonunadək də çox yoruldum. İndi mən istirahətə gedirəm. Verilişin aparıcıları Rita Ömərova və Natavan Babayeva olacaq. Ümidvaram ki, bu peşəkar və çox savadlı, iti ağıllı, kreativ rəhbərlik tərəfindən böyük rəğbət bəslənilən həmkarlarımın təqdimatında verilşin son buraxılışları kreativliyi ilə seçiləcək və reytinqi daha da partladacaq”.