Azərbaycanda ilk dəfə olaraq “Miss Globe İnternational” gözəllik müsabiqəsi təşkil olunacaq.
Oxu.Az xəbər verir ki, müsabiqənin təşkilatçısı “Merac Production” şirkətidir.
Şirkətin baş direktoru Samir Vəliyevin (Samir Xattab) Oxu.Az-a verdiyi məlumata görə, sözügedən müsabiqənin münsiflər heyətində dünyanın tanınmış simaları iştirak edəcək.
Müsabiqəyə iyunun 11-i start veriləcək. Final şousu isə iyun ayının 21-də keçiriləcək.
Bununla əlaqədar yaxın günlərdə media nümayəndələri üçün mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, adıçəkilən müsabiqə irqindən, dinindən və mədəniyyətindən asılı olmayaraq 18-24 yaş arasında olan subay qızların qatıldığı dünyaca məşhur gözəllik yarışmasıdır.
Müsabiqə ilk dəfə 1925-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilib. Daha sonra ABŞ, Malta, Şimali Kipr Türk Respublikası, Albaniya kimi ölkələrdə təşkil olunub.
“Miss Globe İnternational” müsabiqəsi 88-ci dəfə 2012-ci ildə keçirilib və müsabiqənin qalibi Braziliyanı təmsil edən Jakelyne De Oliveira münsiflər heyətindən 184 bal alaraq Gözəllik Kraliçası seçilib.
89-cu “Miss Globe İnternational” 2014-cü ilin iyununda Azərbaycanda həyata keçəcək.
Aytən Sadıqzadə
www.oxu.az