“Karmen MMC” un məmulatları şirkətindən külli miqdarda pul oğurlanıb.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, hadisə şirkətin baş ofisinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 23 ünvanında baş verib.
Şirkətdən bildiriblər ki, hadisə zamanı 105 min manat məbləğində pul oğurlanıb.
Faktı Abşeron Rayon Polis Şöbəsindən təsdiqləyiblər. Bildirilib ki, cinayəti törədən şəxslər hələ tapılmayıb.
Faktla bağlı araşdırma aparılır.