Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda qadın müğənni toyda adam döyüb
Əməkdar artist Firuzə İbadova Şirvanda toyda onunla oynamaq istəyən gənci döyüb.
Lent.az xəbər verir ki, ifaçı qeyd edib ki, hadisə illər əvvəl olub:
“Övladım yaşda oğlan idi. Sevmirəm məclisdə kişinin gəlib qadının qulağına nəsə deməsini. Gəldi qulağıma dedi ki, oynayaq. Cavab verdim ki, oğlum, get, otur. Dedi yox, siz mənimlə oynayacaqsınız. Gördüm, əl çəkmir, kobudcasına mikrofonu qoydum yerə. Yapışdım köynəyindən, dedim, mənimlə oynamaq istəyirsən? Qayıtdı, hə... Dedim, gəl oynayaq, dartdım onu və şilləni vurdum. Yıxıldı yerə.
Özüm də məəttəl qaldım ki, bunu necə etdim? Elə bil bir aktrisa igidi vurdu, yerə yıxdı. İşıqlar yandı, gördülər, bir nəfər uzanıb yerə. Qayıtdı ki, oynamaq istəyirdim, nə etdim?”
Rəylər