Azərbaycanda bəylə gəlin toy günü “Qanun” Nəşrlər Evinin dünən Zabitlər bağında keçirdiyi kitab yarmarkasına qatılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hər dəfə Bakının müxtəlif məkanlarında keçirilən yarmarka bu dəfə qeyri-adiliyi ilə fərqlənib.
Belə ki, ailə qurmağa hazırlaşan bəy-gəlin də kitab yarmarkasında iştirak edib. Bəy gəlinə türkiyəli yazıçı Elif Şəfəqin “Eşq” kitabını hədiyyə edib.