İctimai Televiziyada yayımlanan “Siluet” verilişinin aparıcısı Leyla Aslanova televiziyadan uzaqlaşdırılıb.
Oxu.Az xəbər verir ki, buna səbəb kimi onun efirə açıq-saçıq geyimlə çıxması və buna görə də sosial şəbəkələrdə ciddi şəkildə tənqid edilməsi olub.
Bu barədə məlumatı AzNews.az-a İTV-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev verib:
“Bir neçə gündür sosial şəbəkələrdə və müxtəlif informasiya saytlarında İctimai Televiziyada yayımlanan “Siluet” verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın efirə çıxdığı geyim forması ilə bağlı müzakirələr gedir. Əslində isə keçmiş rəhbərliyin zamanından İTV-də aparıcılq edən Leyla xanımla verilişdən sonra yollar ayrılıb və o artıq İTV-nin əməkdaşı deyil”.