Məşhur reper Qurddan yeni xəbər var.
Oxu.Az xəbər verir ki, gənc reper 2014-cü ildə nəzərdə tutduğu planlarından danışıb.
Reper yenilikləri haqda bunları söylədi:
“Azərbaycan turnesi bu il də davam edəcək. Gəncə, Şəmkir, Naxçıvan və digər şəhərlərdə konsert proqramı ilə çıxış edəcəyəm. Səfər çərçivəsində ölkəmizin müxtəlif pop və estrada ulduzları ilə eyni səhnəni paylaşacağam. Turneni maliyyələşdirmək üçün artıq sponsorlar da tapılıb. Bundan başqa bu il solo albom və iki yeni klip də təqdim edəcəyəm”.
Aytən Sadıqzadə
www.oxu.az