Müasir Azərbaycanın mülk sənədləri sadəcə icarə sənədini xatırladır, çünki bu sənəd nə binanın yerləşdiyi torpaq sahəsini, nə də kommunal infrastruktura malik olmanı leqallaşdırmır və s.
Oxu.Az abc.az-a istinadən ekspertlərin fikirlərini diqqətinizə çatdırır.
Mütəxəssilərdən biri bildirib ki, 1992-ci ildə qəbul edilmiş yaşayış yerinin özəlləşdirilməsi barədə qanunla əsası qoyulmuş bu sənədlər sistemi kökdən yanlışdır və yaşayış yeri fondunun effektiv idarəsini təmin etmir.
“Kommunal reformaların inkişafı məqsədi və yaşayış yerləri fondunun effektiv idarə mexanizminin qurulması məqsədi ilə Azərbaycan qərb standartlarının tətbiqinə başlamalıdır. Belə ki, çoxmənzilli binalar bir sahibkara (operatora) məxsusudur, sakinlər isə burada sadəcə icarədar şərtləri ilə yaşayırlar” – deyə mütəxəssis açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, yalnız sakinin faktiki mülkiyyətçi sayıldığı, fərdi evlər istisna təşkil edir.
O hesab edir ki, ölkədə tətbiq edilən kondominimumları da effektiv hesab etmək olmaz.
“O, 2009-cu ildən işləmir və onun nə vaxtsa bazar institutu kimi işləmə şansı yoxdur”.
Mütəxəssislərin sözlərinə görə, mülkiyyət sənədlərindən etiraz, sözün əsl mənasında bazar münasibətlərinə və daşınmaz əmlak bazarında mexanizmlərə keçidə imkan yaradacaq.