Azərbaycanda yeni fəaliyyətə başlayan A9 Azərbaycan telekanalı öz yayımını dayandırır.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, internet telekanalının üç təsisçisindən biri olan Ramil Rüstəmovun verdiyi məlumata görə, A9 Azərbaycan internet kanalı texniki səbəblərə görə yayımını dayandırır.
Qeyd edək ki, A9 Azərbaycan internet telekanalının təsisçiləri Ramiq Vəliyev, Ramil Rüstəmov və Tural Vəliyevdir.
Qeyd edək ki, onlar ANS PRESS-ə təsisçisi olduqları A9 Azərbaycan internet kanalının müstəqil fəaliyyət göstərdiyini, Türkiyədə fəaliyyət göstərən A9 TV-nin filialı olmadığını bildirmişdilər.