Azərbaycan 24-25 oktyabr tarixlərində Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən 18- ci “EuroFest” Musiqi Festivalında təmsil olunacaq.
Oxu.Az xəbər verir ki, müsabiqədə ölkəmizi “Addım Gənclər Təşkilatı”nın dəstəyi ilə Rusiyada yaşayan, Dima Gorin adı ilə çıxış edən Tahir Quliyev təmsil edəcək. Müsabiqədə 22 yaşlı iştirakçı söz və musiqisi özünə aid “Ulduzlar” mahnısını ifa edəcək.
Bundan başqa təmsilçimizin festival çərçivəsində bir çox teleçəkilişlər və konsertlərdə iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, Tahir Quliyev bir müddət öncə əfsanəvi “Laskoviy May” qrupunun sonuncu heyətində solistlərdən biri kimi çıxış edib və bir çox xarici ölkələrdə səhnə alıb.
Nəzərinizə çatdırırıq ki, adıçəkilən festival 1987-ci ildən Makedoniyada “Europian Festival” adı ilə keçirilsə də 2010-cu ildən “EuroFest” adlanır.
Aytən Sadıqzadə