Sosial şəbəkələrdə 2015-ci ildə Avstriyada baş tutacaq “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı makedoniyalı müğənni Daniel Kaimazanovun təmsil edəcəyi ilə bağlı xəbərlər yayılıb.
Sübut kimi isə həmin müğənninin əlində üzərində “Makedoniya, məni bağışla. Bu il Azərbaycan üçün oxuyacam”- sözləri yazılmış lövhə ilə çəkdirdiyi fotoşəkil göstərilir.
Lakin həmin fotoşəkilə bir qədər diqqətlə baxdıqda, lövhənin üzərindəki yazının sonradan əlavə edildiyi aydın görünür, yəni həmin fotoşəkil montajdır.
Orijinal şəklin üzərində isə tamamilə başqa bir mövzu əksini tapıb.
Oxu.Az müqayisə üçün hər iki şəkli təqdim edir.