“Best model of Azerbaijan 2004”ün qalibi İlqar Əliyev nişanlanıb.
Oxu.Az xəbər verir ki, modelin nişan mərasimi sentyabrın 12-də baş tutub. O, bu haqda sosial şəbəkədə məlumat verib:
“Axır ki, illərdir gözlədiyim gün gəlib çatdı. Dostlar, mənim nişanımdır. Subaylar üçün olsun”.
Qeyd edək ki, İ.Əliyev həm də illər əvvəl ATV-də yayımlanan “Qəfəs” realiti şosundakı neytral mövqeyi ilə tamaşaçılara yaxşı tanışdır.