Stokholmda baş tutacaq “Eurovision-2016” mahnı müsabiqəsində ölkələrin çıxış sıralaması bəlli olub.
Oxu.Az xəbər verir ki, bu il müsabiqədə 43 ölkənin təmsilçiləri yarışacaq. Birinci yarımfinal mayın 10-da, ikincisi isə mayın 12-də baş tutacaq.
Finala birbaşa vəsiqə qazanan ölkələr isə Fransa, İtaliya, Almaniya, İspaniya, İsveç və Böyük Britaniyadır.