Bu gün yazıçı-jurnalist Aysel Əlizadə və Ümid Partiyasının sədr müavini, Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının toyudur.
Oxu.Az Qafqazinfo-ya istinadən məlumatına görə, cütlük hamının öyrəşdiyi toy adətlərindən uzaq, müasir mərasim təşkil ediblər.
Mərasimdə ölkənin ədəbi və ictimai mühitindən olan 100-dən artıq qonaq iştirak edir.
Milli geyimdə olan bəy və gəlin müxtəlif yerlərdə, qonaqların arasında xoş vaxt keçirirlər.