Sabah keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İtaliya - Azərbaycan millilərinin qarşılaşması öncəsi bu komandaların 2002-ci ildə Bakıda oynanılan matçının maraqlı görüntülərini təqdim etməyi lazım bildik.
Oxu.Az ANS-ə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan - İtaliya qarşılaşmasında qonaqlar iki cavabsız qola sevinmişdi. Qapımıza vurulan ilk qol avtoqoldan vurulmuşdu. Belə ki, həmin qarşılaşmada ən yaxşı oyunlardan birini keçirən milli komandamız Emin Ağayevin səhvindən sonra qapımız önünə paralel ötürmə zamanı Tərlan Əhmədov topa uğursuz toxunması stadiona toplaşan azarkeşləri məyus etmişdi.
Həmin vaxt stadiondan oyunu canlı izləyən Milli Olimpiya Komitəsinin prezidenti və indiki dövlət başçısı İlham Əliyevin milli komandamıza necə azarkeşlik etdiyi və Əhmədovun avtoqoluna reaksiyası da görüntülərdə əks olunub.
Ümid edirik ki, sabah Palermoda keçiriləcək matçda da millimiz dörd qat dünya çempionları qarşısında layiqli mübarizə aparacaq, ən azından futboçularımız avtoqol müəllifi olmayacaqlar.