Bakı Bələdiyyə Teatrının aktyoru, məşhur film və seriallarda baş obrazları yaradan Tural Əhməd növbəti dəfə ata olub.
Aktyor bu barədə sosial şəbəkədə məlumat verib:
“İkinci dəfə oğul atası oldum. Sevincimi sizinlə də bölüşüm. Allah olmayanlara qismət etsin”.
Qeyd edək ki, Tural Əhməd “Ata ocağı”, “Qara yazı”, “Vicdan haqqı”, “Həyat varsa”, “Sirr” kimi seriallarla məşhurlaşıb.